İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirir və ölkəmiz həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu deyən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.