MKİ rəhbəri Çinlə bağlı xəbərdarlıq etdi

 

“Çin hakimiyyəti Ukraynaya qarşı müharibə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Lakin rəsmi Pekin hələlik yekun qərarını verməyib”.

Demokratikmusavat.com xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“Biz əminik ki, Çin rəhbərliyi öldürücü silahların (Rusiyaya - red.) verilməsi imkanlarını nəzərdən keçirir”, - Börns qeyd edib.

O vurğulayıb ki, Çin bu qərarı verməsə də, Cozef Bayden administrasiyası öz növbəsində rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.

0.12649607658386