Rusiyanın xalq artisti, Qoqol adına Moskva Dram Teatrının aktrisası Svetlana Mixaylovna Braqarnik şənbə günü 79 yaşında vəfat edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
Braqarnik "Məhəbbət adyutantları", "Barıt", "Şeytan", "Çıraq" filmlərində rol alıb, "Barokko", "Kiçik faciələr" və bir çox başqa tamaşalarda da oynayıb.