Paralel.az " bu barədə ..."> Paralel.az " bu barədə ...">

Makron: "Çin bizə kömək etməlidir"

 

Fransa prezidenti Emmanuel Makron aprelin əvvəlində Çinə səfər etməyi planlaşdırır. Demokratikmusavat.com bu barədə Fransa KİV-nə istinadla xəbər verir.

“Aprelin əvvəlində Çinə gedəcəyəm. Çin indi bizə Rusiyaya təzyiq göstərməkdə kömək etməlidir ki, Rusiya nə nüvə, nə də kimyəvi silahdan istifadə etsin. Həmçinin danışıqlar başlamazdan əvvəl Rusiya bu təcavüzü dayandırsın”, - Makron bildirib.

Makron əmindir ki, “Rusiya qoşunlarının çıxarılması və Ukrayna xalqının ərazi suverenliyinə hörmət” olmadan Ukrayna münaqişəsinin həlli mümkün deyil.

Elvin

Demokratikmusavat.com

0.16796803474426