Türkiyədə bu nazirliyin 34 əməkdaşı zəlzələdə həyatını itirdi

 

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin 34 əməkdaşı zəlzələ nəticəsində həyatını itirib.

Demokratikmusavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin əmək və sosial müdafiə naziri Vedat Bilgin deyib:

“Zəlzələlərdə 34 həmkarımı itirdim. Ağrımız böyükdür. Onlar indiyədək öz səyləri ilə Əmək və Sosial Müdafiə Nazirliyimizə çox böyük töhfələr veriblər. Allah dünyasını dəyişən şəxsi heyətimizə və bütün vətəndaşlarımıza rəhmət etsin. Yaralılarımız tezliklə şəfa tapsın”.

0.16148400306702