Yeni qəbiristanlıqların yaradılması müzakirə edilir

 

Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər.

Demokratikmusavat.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov həmçinin bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul edilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda edə bilsin.

0.13973188400269