24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.
***
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zaman qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.