XİN: İnanırıq ki, Ermənistanın Azərbaycana qarşı cinayətləri ədalət məhkəməsi qarşısına çıxarılacaq

 

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə XİN-in Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanatında bildirilib.

“Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar”, - məlumatda vurğulanır.

0.16760301589966