İsveç və Finlandiyanın Türkiyə ilə dialoqu bərpa edilir

 

İsveç, Finlandiya və Türkiyə rəsmiləri martın ortasında görüşəcək.

APA xəbər verir ki, bunu Tallində səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Estoniya Baş naziri Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun müsbət müzakirələri olub və üçtərəfli (Finlandiya, İsveç və Türkiyə) müzakirələrin keçirilməsinin bərpası barədə razılıq əldə olunub.

Hərbi Alyansın rəhbəri deyib ki, görüş martın ortasında NATO-nun mənzil qərargahında keçiriləcək.

0.17081809043884