“ABŞ-nin Cənubi Qafqaz regionundakı prioriteti münaqişələri həll etməkdir. Çünki bu, Rusiyanı regiondan sıxışdırmaq və ya Rusiyanın təsirini azaltmaq üçün bir fürsət kimi qəbul edilir”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
Supergüclərin bütün sahələrdə, o cümlədən Cənubi Qafqazda rəqabət apardığını qeyd edən politoloq bunu normal beynəlxalq siyasi proses adlandırıb.
“Rusiya Ermənistanı tərk edərsə, bütün Cənubi Qafqazı tərk edəcək. ABŞ bunu anlayır və hesab edir ki, buna yalnız Qarabağ probleminin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə nail olmaq olar. Vaşinqton üçün münaqişənin necə həll olunması önəmli deyil. Problemin həlli daha vacibdir”, - ekspert vurğulayıb.
Münhen Təhlükəsizlik Konfransında Azərbaycan-Gürcüstan-Ermənistan liderlərinin dialoquna toxunan ekspert bildirib ki, Ermənistan rəhbərliyinin təkcə xarici əlaqələrdə deyil, həm də danışıqlar prosesində, Azərbaycanla təmaslarda zəifliyindən xəbər verir.
“Bu, təkcə hakimiyyətin deyil, həm də bir ölkə kimi Ermənistanın səlahiyyət məsələsidir. Ümumiyyətlə, Ermənistanın maraqları təmsil ounmur və qorunmur”, - deyə Sarkisyan yekunlaşdırıb.