Mirzoyan: Türkiyə ilə razılaşma əldə etdik

 

Biz Ankarada ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar əldə etdik. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu fevralın 16-da hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərinin yekunu barədə məlumat verərkən bəyan edib.

O qeyd edib ki, sərhədin açılması istiqamətində dialoq olub və gedən prosesləri sürətləndirmək qərarı var. 

“Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”, - deyə Mirzoyan bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.14432907104492