Çərşənbə günü neft qiymətləri enməkdə davam edib.
Demokratikmusavat.com xəbər verir ki, buna səbəb ABŞ-ın xam neft ehtiyatlarında gözləniləndən daha böyük artım və FED-in faiz artımı gözləntilərinin yanacağa tələbatı zəiflədəcəyi və iqtisadi tənəzzül yaranacağı ilə bağlı narahatlıqlar lub.
"Brent" markalı neft fyuçersləri 0,72 dollar və ya 0,8% azalaraq 84,86 dollar/barelə, ABŞ-ın Qərbi Texas (WTI) xam neft fyuçersləri isə 0,68 dollar və ya 0,9% azalaraq 78,38 dollara düşüb.
Amerika Neft İnstitutunun (API) rəqəmlərinə əsasən, ABŞ-ın xam neft ehtiyatları fevralın 10-da bitən həftədə təxminən 10,5 milyon barel artıb. Bu artımla bağlı gözləntilər isə 1,2 milyon barel hədlərində idi. Ümumilikdə, ABŞ bazarında mülayim tələbin yaxın perspektivdə neft qiymətlərini aşağı salmağa davam edəcəyi proqnozlaşdırılır.
Həmçinin ABŞ-da istehlak qiymətlərinin yanvar ayında sürətləndiyini göstərən məlumatlardan sonra Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini tədricən artırmağa davam edəcəyi güman olunur.
Qiymətlərə dəstəkləyici təsir isə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2023-cü il üçün qlobal neft tələbinin artımı proqnozunu yüksəltməsi olub. Proqnoza əsasən qlobal neft tələbi bu il günlük olaraq 2,32 milyon barel və ya 2,3% artacaq.
Könül
Demokratikmusavat.com