Xilasedicilərimiz 51 nəfəri dağıntılar altından sağ çıxarıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Demokratikmusavat.com a FHN-dən bildirilib.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

0.18667912483215