“Qarabağ” “Kəpəz”ə qarşı

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Demokratikmusavat.com ” xəbər verir ki, turun açılış matçı Gəncədə baş tutacaq.

Yerli “Kəpəz” doğma azarkeşləri önündə son çempion “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XXI tur

4 fevral

14:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu

Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.

0.23880791664124