Nazarbayevin qardaşından 300 min hektar torpağı alınıb

 

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolatın əlindən təxminən 300 min hektar torpaq sahəsi alınıb.

Oxu.az xəbər verir ki, bunu "Amanat" Partiyası yanında Dövlət İdarəçiliyinin İnkişafı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Respublika İctimai Şurasının sədri Yerlan Sairov deyib.

Onun sözlərinə görə, Manqistau vilayətində 239 min hektar, Cambul vilayətində isə 60 min hektar torpaq sahələri hazırda dövlətə qaytarılıb. Onların sahibləri Bolat Nazarbayevin törəmə şirkətləri idi.

Sairov onu da qeyd edib ki, bundan əvvəl Qazaxıstan Baş Prokurorluğu ilə birgə ümumi sahəsi 244 hektar olan 59 torpaq sahəsi müəyyən edilib ki, onların da sahibi "şübhəli şəraitdə" ölkənin sabiq prezidentinin qardaşı olub.

0.18903088569641