"Elə bir neçə gün əvvəl cənab İlham Əliyevin..." - deputatı Musa Qasımlı

 

"Son günlərin ən vacib hadisələrindən biri Avropa İttifaqının üzvü olan Rumıniyanın Prezidenti cənab Klaus Yohannisin ölkəmizə səfəridir. Bu səfəri, keçirilən danışıqları və mətbuat üçün verilən bəyanatları təhlil etdikdə  Azərbaycan dövlətinin xaici siyasətinin nə qədər zərgər dəqiqliyi və ustalıqla həyata keçirildiyinin şahidi oluruq".

Bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı Rumıniya Prezidentinin ölkəmizə səfərini şərh edərkən dedi. 

Onun sözlərinə görə, artıq bir-biri ilə münasibətlərində problemləri olan Avropa və digər qitələrin dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevlə yaxınlaşmağa, Azərbaycanla əməkdaşlıq etməyə can atırlar.

"Elə bir neçə gün əvvəl cənab İlham Əliyevin Macararıstanda necə qarşılanmasının və imzalanan sənədlərin şahidi olduq. Bu səfərdən az sonra Rumıniya Prezidenti cənab Klaus Yohannisin ölkəmizə ilk səfəri, aparılan danışqılar və verilən bəyanatlar deyilənləri təsdiq edir",- deputat qeyd etdi.

M.Qasımlı onu da vurğuladı ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlət kimi Runıniyanın rəhbərinin mətbuat üçün bəyanatında dediyi aşağıdakı fikirlər Avropa siyasətində Azərbaycan dövlətinin çox əhəmiyyətli yer tutduğunu və qitə ölkələri üçün vazkeçilməz ölkə olduğunu göstərir:

"Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır."

"Qonaq Prezidentin "biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq" söyləməsi Azərbaycanın gələcəkdə də Avropada mövqelərinin möhkəmlənəcəyini göstərir. Cənab Klaus Yohannisin Rumıniyanın Azərbaycanın səmimi və əsl dostu, mövqeyinin isə hər zaman bəlli olduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiklərini deməsi, Azərbaycanı etibarlı tərəfdaş adlandırması bu ölkədə olan və münasibətlərimizi pozmağa çalışan erməni təşkilatlarının, din adamlarının və Ermənistanın başına tökülən bir qazan dolu qaynar su təsiri bağışladı",- deyə millət vəkili əlavə etdi.

0.13973903656006