Rövşən Kəbirli: "Hanı bizim qardaş yardımımız?"

 

"Şüarçılıq, psevdovətənpərvərlik müəyyən zaman kəsimində müəllifə, yaxud topluma fayda gətirə bilər.

“Biz dünyadakı, o cümlədən Cənubi Azərbaycandakı qardaşlarımızın hüquqlarını qorumağı mənəvi borcumuz hesab edirik” şüarının sədası hələ qulaqlardan çəkilməmiş elə o cənublu soydaşlarımız Xoy və diğər şəhərlərdə bəlaya düçar olub, aclıq, susuzluq, soyuqdan əzab çəkərkən heç nə olmamış kimi susuruq. Hanı bizim qardaş yardımımız? Deyə bilərsiniz ki, əmmaməli əclaflar yardımı qəbul etmir, icazə vermir. Bəli, bu doğrudur ki, şərəfsiz fars hakimiyyəti hətta Türkiyənin yardım təklifin geri çevirdi."

Demokratikmusavat.com xəbər verir ki, bu fikirləri "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli "Facebook" səhifəsində paylaşıb.

Baş redaktor, bu məsələni beynəlxalq təşkilatlarda, öncəlliklə BMT-nin gündəliyinə hansı səbəbdən çıxarılmadığının səbəbini soruşur. O, həmçinin qeyd edir ki, əgər bunu edəriksə biz o yardımı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə fərq qoymadan zəlzələdən ziyan çəkənlərə, əlbəttə ki, ilk növbədə fəlakətli vəziyyətdə olan Xoylu soydaşlarımıza çatdıra bilərik.

"Hanı biz diplomatiyamız, hanı dünən verdiyimiz vəd? Nə vaxta qədər bir addım irəli atanda, iki addım dala atacağıq? Təkcə qan qardaşı olduğumuz üçün deyil, sıradan bir insanın üzləşdiyi o faciəvi durumu görəndə adamın ürəyi param-parça olur - deyə, R. Kəbirli bildirib.

0.220055103302