İki "bacı" Avropanın milyonlarını oğurlayıb İrana ÖTÜRDÜ - Beləsi olmamışdı...

 

Azərbaycan müstəqillliyinin ilk zamanlarından tutmuş bu günə kimi qonşuları ilə daim sülh və əməkdaşlıq şəraitində yaşamağa çalışıb. Bu gün Azərbaycan xarici diplomatiyası bunu təşviq etməklə məşğuldur. Əfsuslar olsun ki, Vətən müharibəsindən sonra götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan regionda sülhə, sabitliyə, qonşuluq prinsiplərinə yenə də təhdid olmağa davam edir.

Amma proseslər deməyə əsas verir ki, bu cür destruktiv qərarlara görə məsuliyyəti tək Ermənistan daşımır. Təəssüflər olsun ki, İran molla-fars rejimi 44 günlük müharibənin ilk günlərindən indiyə kimi özünü açıq şəkildə Ermənistanın əsas dəstəkçisi, arxa-dayağı göstərdi.

Bu gün Azərbaycanla Ermənistanarasında sülhə mane olan dövlətlətlərdən biri də elə məhz İrandır. Adınn arxasına "İslam" sözü əlabə edən İran Ermənistanla birgə Azərbaycana qarşı birləşərək məkirli oyunlar hazırlamaqdan asan-asan çəkinəcək kimi görünmür. 

"İslam" pərdəsi altında həmin panfarsist şovinist düşüncəli ideologiyanın daşıyıcıları olan mollabaş rejim bütün imkanları ilə Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı açıq düşmənçilik mövqeyini nümayiş etdirir. Çünki düşmənimin dostu mənə ancaq düşmən gözündə baxa bilər. 

Son zamanlar İran molla-fars rejimi böyük coşqu ilə Ermənistana azı 600 raket hədiyyə etməsi, digər silah-sursat, kamikadze dronlar göndərməsi ilə Bakıya xatırlatmış oldu ki, bu rejim üçün Ermənistan qırmızı xəttdir, onun milli maraqları İran dövlətinin milli maraqları qədər mollabaşlara əhəmiyyətlidir. Rəsmi Tehrandan Ermənistana təkcə son 1 ildə edilən hərbi, iqtisadi, humanitar yardımların siyahısını daha da genişləndirmək olar. Amma artıq hər kəs hər şeyi çox yaxşı bilir.

Lakin bu günlərdə açıq mənbələrdən əldə edilmiş məlumatı diqqətə çatdırmaq istyəyirəm: Məlum olub ki, Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub. 18,5 milyon avroluq layihə Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

Belə ki, İranın Tana Energy Management şirkəti Ermənistan hökuməti tərəfindən tenderin qalibi elan edilib və Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən şirkət arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. 

Buradan belə bir nəticə hasil olur ki, Qərbin İrana sanksiyalar tətbiq etdiyi bir dövrdə, bir çox Avropa və dünya ölkələrinin rəsmi Tehranla diplomatik əlaqələrini tamamilə kəsməyə hazırlaşdığı bir zamanda Aİ-nin İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirməsi ortaya paradokslu bir vəziyyət çıxardır.

Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə çox güman ki, öncədən razılaşdırılıb. 

Belə məqamda isə bütün diqqətlər məhz əsas olaraq Fransanın üzərinə yönəlir. Çünki hazırda Aİ-yə sədrlik səlahiyyəti Fransanın əlindədir. Məhz Fransanın iştirakı ilə 31 oktyabr Praqa görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqları ətrafındakı proseslərin dalana dirənməsində Emanuel Makron başda olmaqla fransalı bir qrup ermənipərəst siyasətçilərin göstərdiyi fəallıqdan hər kəs xəbərdardır. Bu məsələdə xüsusi ilə İran ilə Fransanın maraqları və istəkləri üst-üstə düşür: Hər iki dövlət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanamasından tutmuş, Zəngəzur dəhlizinin açılması və eləcə də separatçıların Qarabağdakı özfəaliyyətyinə son qoyulmasına kimi heç birini istəmir. 

Hətta Ermənistan sərhədlərin onun üçün "qırmızı xətt" olduğunu son iki ildə az qala 200 dəfə qeyd edən Tehran rəsmilərinin nədənsə Avropa İttifaqının Ermənistana elə o sayda mülki missiya adı altında peşəkar hərbiçi, kəşfiyyatçı göndərməsini lal-kar-kor oldu. Təbii ki, bütün bu məsələlər öncədən İrəvan, Paris və Tehran arasında razılaşdırılmış məsələlərdir. 

Nəzərə alsaq ki, 1979-cu ildə baş verən inqilabdan sonra İranda molla-fars rejiminin əsasını qoyan Ayətullah Xomeyni xüsusi reyslə məhz Fransadan İrana göndərilmişdi, o zaman bütün suallara aydınlıq gəldiyini deyə bilərik. Artıq şübhə yeri də qalmır ki, İranda teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması bilavasitə elə Fransanın əməyinin məhsuludur.

Bu gün Fransa Aİ şineli altında məhz bölgəyə rahat daxil olmaq, proseslərə müdaxilə edib Azərbaycana qarşı planlarını həyata keçirmək üçün İrandan yardım istəyə bilər ki, bunun qarşılığında da Tehranın Parisdən müəyyən gözləntilərini qarşılaması tələb edilə bilər. 

Qərbə iki böyük xəyanətin şahidiyik:

Özünü Qərbin müttəfiqi kimi təqdim edən Ermənistan Qərb vəsaitlərini "şeytan yuvası" adlandırılan İrana verir. İrəvan bununla da molla-fars rejiminin sanksiyalardan yayınmasına köməklik göstərmiş olur. Dünyanın, Avropanın İranla diplomatik əlaqələrini kəsib, onu təcrid etmək, sanksiyaları daha da artırmaqla çıxılmaz duruma salmağa çalışdığı bir vaxtda Ermənistanın bu etdiyinin adı xcəyanətdən başqa bir şey deyil. Çünki İrəvan məhz bu gün Qərbin qanadı altında özünə sığınacaq axtarır. 

Fransa isə İran rejimi ilə öz maraqları naminə gizli sövdələşməyə gedib kimi görünür. Belə olmasaydı Ermənistan üçün ayrılan 18,5 milyon avro tenderin İran şirkətinə həvalə olmasına qarşı çıxardı, buna görə Ermənistana barmaq silkələyərdi. Amma rəsmi Paris növbəti dəfə öz maraqları naminə bütün Avropanın və hətta ABŞ-ın da maraqlarını, gözləntilərini ayaq altına atmış oldu. 

Bu sədaqətsizliyə görə Avropa İttifaqının digər üzvləri Fransanın sədrliyini baykot edərək, Fransanın quruma sədrliyinin birdəfəlik alınması məqsədi Aİ-nin təcili iclasını çağırmalıdırlar. Çünki bu məsələ araşdırılıb, aydınlıq gətiriləcəyi təqdirdə Emanuel Makronun Avropanı barmağına sarıdığına şahid ola biləcəklər. 

İran rejimi bu gen dünyada özünə Ermənistanı dost seçməkdən başqa heç nə düşünüb-daşına bilməyib. Özü də bütün əməllərində bu dostluğun ilk növbədə müsəlman qonşusu Azərbaycana qarşı yönəldiyini açıq-aşkar sərgiləməklə...

Tehranın son vaxtlar İrəvana dostluq və qardaşlıq sevgisinin lap kəllə-çarxa çıxmasın isə təbii ki, 2 ilin, 10 ilin, 30 ilin işi deyil. Sadəcə mola rejimi Ermənistanın sülh üçün Bakı tərəfindən küncə qısnandığını görüncə 10 illiklərdir içində gizlətdiyi gizli erməni sevdasını qənşərə bu şəkildə püskürdə bildi. (milli.az)

0.15625405311584