“Avroviziya 2023”də Azərbaycanı bu 5 ifaçıdan biri təmsil edəcək

 

“Avroviziya 2023” müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur.

Demokratikmusavat.com ” xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumat verərkən deyib.

“Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib. Səsyazmadan sonra canlı ifalarının videoçəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”,- deyə İ.Dadaşova əlavə edib.

0.16725778579712