Usik və Fyuri arasında döyüş bu tarixdə olacaq

 

WBA, WBO və IBF ağır çəki dərəcələrinin sahibi Aleksandr Usik növbəti döyüşündə WBC çempionu Tayson Fyuri ilə görüşməli, mütləq çempion müəyyənləşdirilməlidir.

"Demokratikmusavat.com" bildirir ki, ESPN-in insayderi Mayk Koppincerin məlumatına görə, ukraynalı və britaniyalı döyüşçülər arasında görüş aprelin 29-na planlaşdırılıb.

Tərəflər döyüşün təşkili yerini müzakirə etməkdə davam edir. Hazırda əsas variant Səudiyyə Ərəbistanıdır, ehtiyat yer isə Londondakı “Uembli” stadionudur.

“Tayson Fyuri və Aleksandr Usik aprelin 29-da mübahisəsiz ağır çəkili titul uğrunda döyüşmək üçün danışıqlar aparır.

Usik səudiyyəlilərlə müqavilənin öz hissəsini bağlayıb və indi növbə Fyurinindir. Əks halda, döyüş “Uembli”yə keçə bilər. Ramazan ayı aprelin 21-də başa çatır”, - Koppincer yazıb.

Bundan əvvəl məlum olmuşdu ki, Tayson Fyuri artıq mütləq çempion titulu uğrunda döyüşün ləğv olunacağı halda Aleksandr Usıkın yerinə əvəzedici tapıb.

0.19036984443665