İngiltərədə 21 yaşlı həvəskar futbolçu qrip əlamətləri ilə xəstəxanaya gedib. Çoxlu orqan çatışmazlığı olan gəncin hər iki ayağı amputasiya edilib.
Demokratikmusavat.com -ın məlumatına görə, 21 yaşlı Levi Dyui qripə yoluxduqdan sonra çoxlu orqan çatışmazlığından və daha sonra ağır sepsisdən əziyyət çəkirdi.
Levinin ailəsinə onun sağ qalma şansının cəmi 30 faiz olduğu bildirilib.
Həkimlər onun B qripi və pnevmokok pnevmoniyasından (pnevmokok bakteriyaları) əziyyət çəkdiyini aşkar ediblər.
Levi xəstəxanaya müraciət edəndən iki gün sonra ona sepsisinin şiddətinə görə hər iki ayağı dizdən aşağı kəsilməli olduğunu deyiblər.
Əməliyyatdan sonra protezlər üçün tələb olunan 10 min sterlinq üçün yardım kampaniyası başladılıb.
Toplanan yardım pulu 80.000 sterlinqə çatıb.
Sağalma müddətindən sonra Levi uyğun protezlərlə yeriməyə başlayacaq. Qalan yardım pulu ehtiyacı olanlara əlil arabalarının alınmasına sərf olunacaq.