“Düşünürəm ki, Messi 2026-cı il dünya çempionatında rahat oynayacaq. Ola bilər ki, bu, dəqiq deyil. Çünki bəlkə də yorulacaq və istirahət etmək istəyəcək. Təbii ki, belə olan halda onun qərarına hörmət edilməlidir".
Demokratikmusavat.com xəbər verir ki, bunu Argentina millisinin sabiq hücumçusu Serxio Aquero yığmadakı sabiq komanda yoldaşı Lionel Messi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Messi növbəti dünya çempionatında da oynaya bilər.
Qeyd edək ki, Lionel Messi bu il Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Həmçinin, superulduz ayrıca dünya çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrilib. Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu olub./Qafqazinfo