Kriştianu Ronaldu tezliklə Avropaya qayıdacaq. Demokratikmusavat.com xəbər verir ki, bunu "Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu barədə danışarkən deyib.
“Ronaldu heyətimizin keyfiyyətcə təkmilləşdirilməsidir. O, dünyanın ən yaxşı hücumçularından biridir və rəqiblərimizin müdafiəçilərinə problem yaradacaq. Karyerasını “Əl-Nəsr”də bitirəcəyini düşünmürəm. Ronaldu tezliklə Avropaya qayıdacaq”, - deyə Qarsiya bəyan edib.
Xatıraldaq ki, yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən “Əl-Nəsr”in oyunçusu olub.