Tehrandakı səfiriliyimizə hücumun hədəfi nədir, kim təşkil edib?

 

Asif Nərimanlı:
İran rejimi səfirliyimizə hücumu “ailə münaqişəsi” kimi gülünc iddia ilə əsaslandırmağa çalışsa da, hücumun arxasında molla rejimin özünün dayandığı aydın görünür: indiyə qədər siyasi bəyanatlar və hərbi təlimlər üzərindən “əzələ nümayişi” edirdilərsə, indi Bakıya praktiki mərhələdə edə biləcəklərinin mesajını verirlər; hücuma İran tərəfinin siyasi reaksiyasının gecikməsi də bu versiyanı ön plana çıxarır;

Ehtimalları bir qədər də dəqiqləşdirsək, hücumun təşkilində SEPAH-ın birbaşa iştirakı versiyası daha güclüdür və bu kontekstdə hücumun niyə indi edildiyi təsadüfi deyil: gərginliyin yaşandığı Bakı-Tehran xəttində son günlər Ankaranın vasitəçiliyi ilə müəyyən təmaslar yaranıb; bu təmaslara ən sərt reaksiyanı SEPAH qanadına bağlı media nümayiş etdirir və görünür, gərginliyin qalmasında, hətta pik həddə çatmasında maraqlıdırlar;
Birincisi, Bakını praktiki addımla hədələyirlər;

İkincisi, İranın Bakıdakı səfirliyinə qarşı hansısa addımın atılmasına sövq etməyə çalışırlar: molla rejimi Azərbaycanla qarşıdurmada əvvəldən Bakını təxribata çəkərək, “ilk hücum edən tərəfə” çevirmək istəyir;

Bu hücum 1979-cu ildə mollaların ABŞ səfiriliyinə qarşı atdığı addımı xatırladır: həmin vaxt da molla rejiminə düşmən elan edə biləcəyi qüvvə lazım idi, indi də. Regional proseslər və İranın maraqları fonunda baş verən bu hücum Azərbaycanı düşmən ölkəyə çevirmək niyyətlərindən xəbər verir.

Demokratikmusavat.com

0.41086602210999