UEFA Super Kuboku uğrunda oyun Rusiyadan alınıb

 

UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Görüş avqustun 16-da təşkil olunacaq.

Avropa futbol qurumu Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada öz bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyub. Həmçinin ölkənin yığmaları və klubları avrokuboklardan kənarlaşdırılıblar.

0.22969198226929