3000-dən çox yeni iş yeri açılıb 

 

Demokratikmusavat.com xəbər verir ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Fondun İdarə Heyətinin sədri Osman Xaliyevin sözlərinə görə, 
verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür.

Sədr onu da qeyd edib ki, ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. 
Demokratikmusavat.com

0.27171897888184