Xəbər verdiyimiz kimi, Mingəçevirdə 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədli Fatimə Bəxtiyar qızı vəfat edib.
Demokratikmusavat.com şagirdin ölüm səbəbini araşdırıb.
6 saylı tam orta məktəbin direktoru Xurşud Zamanova Demokratikmusavat.com -a açıqlamasında bildirib ki, yeniyetmə ürəktutmasından vəfat edib:
"Hadisə yanvarın 21-də baş verib. Fatimə öz evlərində olarkən dünyasını dəyişib. Təhsil aldığı dövrdə biz heç vaxt onda səhhəti ilə bağlı hansısa qeyri-adi hal müşahidə etməmişik. Sadəcə, anası bizə dedi ki, ürəyinə görə yüngülvari müalicə alırmış. Özü də intizamlı, dərslərini çox yaxşı oxuyan şagird idi. Allah ailəsinə səbir versin”, - deyə direktor əlavə edib.
Billurə Yunus