Bu ölkə beşinci parlament seçkilərinə gedir

 

Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bilmədiyi üçün aprelin 2-də növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib.

Demokratikmusavat.com ” xəbər verir ki, Radev yaydığı fərmanla fevralın 3-dən parlamenti buraxacağını açıqlayıb.

Bolqarıstanda 2 oktyabr 2022-ci ildə keçirilən sonuncu növbədənkənar ümumi seçkilərdən sonra qurulan parlamentdə 7 siyasi partiya var idi. Bu partiyalardan üçü etimad səsi ala biləcək koalisiya hökuməti qura bilməyib.

Qeyd edək ki, Bolqarıstanda son 2 ildə 5-ci dəfə növbədənkənar ümumi seçkilər keçiriləcək.

0.17448902130127