Lukaşenko: Onlar dəlidirlər, amma bu sənədi imzalamağı təkif edirlər

 

Kiyev Belarus qoşunlarının Ukraynaya keçməməsi üçün Minskə hücum etməmək haqqında pakt bağlamağı təklif etdi.

Demokratikmusavat.com ” “belta”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, Qərb Belarusla bağlı planlarından əl çəkməyib, Ukraynada yaraqlılara və ekstremistlərə təlim keçməkdə davam edirlər.

“Bilmirəm, bu, ukraynalılara nə üçün lazımdır. Bir tərəfdən də bizdən xahiş edirlər ki, heç bir halda Ukrayna ilə müharibə etməyək, qoşunlarımız ora getməsin. Hücum etməmək haqqında paktın bağlanması təklif edirlər. Digər tərəfdən də bu cür təhlükəli qüvvəni hazırlayıb silahlandırırlar. Polşa, Litva ümumiyyətlə dəlidir. Onlara niyə lazımdır? Bu, başa düşülən deyil”, - Lukaşenko qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.1462390422821