NATO-nun baş katibi Türkiyədən xahiş etdi: mane olmayın

 

Türkiyə İsveçin NATO üzvlüyünə mane olmamalıdır. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib. 

Belə ki, o, Türkiyə və Macarıstandan İsveç və Finlandiyanın üzvlük təsdiq prosesini sürətləndirməsini xahiş edib.

“Finlandiya və İsveç, eləcə də müttəfiqimiz Türkiyə ilə yaxın təmasdayam. İsveç və Finlandiyanın NATO üzvlüyü son pillədə çökməməlidir”,- deyə Stoltenberq əlavə edib. 

 

0.14822602272034