Beynəlxalq təhsil günü

 

dos. İlham Əhmədov:

Bu gün Beynəlxalq təhsil günüdür. Bu münasibətlə bütün təhsil işçilərini, xüsusi ilə müəllimləri təbrik edirəm.
Bu günlə bağlı YUNESKO-nun baş direktoru Odre Azulenin dünya ölkələrinə müraciəti yayımlanıb.

Təhsilin dünyada sülhün qorunmasında ən vacib alət olduğu bildirilən müraciətdə qeyd olunur ki, təhsil üçün fəaliyyət tərəqqi üçün hərəkət etmək deməkdir.
Təhsil gələcəyin ən yaxşı sərmayəsidir. Təhsil orta və uzunmüddətli dövrdə yoxsulluq və bərabərsizliyi azaltmaq, sosial inteqrasiyanı təşviq etmək üçün ən təsirli yoldur.

Bu günün təsis edilməsi ilə BMT dünyada 4-cü sənaye inqilabı, biliklərə əsaslanan iqtisadi inkişaf ərəfəsində Təhsilin xüsusi rolunu bir daha dünya ictimaiyyətinin və hökumətlərin nəzərinə çatdırır.
Bütün dünyada təhsil günbəgün inkişaf etdiyi halda, ölkəmizdə uğursuz, qeyri peşəkar hazırlanan, səriştəsiz icra olunan təhsil islahatları, eksperimentlər təhsili və təhsil mühitini, müəllim nüfuzunu xeyli zəiflətdi Sahib olduğumuz elmi potensial və təhsil sistemi ilə ölkədə rəqəmsal transformasiya çox çətin olacaq.

Təhsilin inkişafı müəllimlərdən, ilk növbədə cəmiyyətin və hökumətin bu peşəyə verdiyi dəyərdən asılıdır.
Bir milləti məhv etmək üçün, onun müəllimini gözdən salmaq kifayətdir.
Böyük Mustafa Kamal Atatürkün müəllimlərə verdiyi yüksək dəyəri bir daha yada salaq: "Milləti yalnız və yalnız Müəllimlər xilas edə bilər. Bir cəmiyyətin Millət olması üçün mütləq Müəllimlərə ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir Millət halına gətirirlər"

"Demokratikmusavat.com"

0.14626502990723