“Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.
Məlumata görə, klubun idarə heyəti yekdilliklə Lempardın baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Lempard 31 yanvar 2022-ci ildən “Everton”a rəhbərlik edib. Mütəxəssislə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.
Onun rəhbərliyi altında komanda bütün yarışlarda 44 oyun keçirib, 12 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib.
“Everton” bu mövsüm Premyer Liqada 20 matçdan 15 xalla 19-cu pillədə qərarlaşıb.