Məşhur futbolçunun "Qarabağ"a qarşı oyunda geyindiyi forma satışa çıxarıldı - MƏBLƏĞ

 

Hazırda "Yuventus"un şərəfini qoruyan Arkadiuş Milikin "Marsel"də çıxış edərkən "Qarabağ"a qarşı Bakıda UEFA Konfrans Liqasının pley-off matçında geyindiyi forma satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, Polşa millisinin üzvünün geyim dəstinə 630 Polşa zlotu (təqribən 1,575 manat) məbləğ qoyulub. Formanı FİFA dərəcəli hakim Bartoş Frankovski ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb. 

Belə ki, Milik imzalı formasını Bakıdakı oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Frankovskiyə hədiyyə edib. 

Qeyd edək ki, "Qarabağ" - "Marsel" matçı 0:3 hesabı ilə başa çatıb. Ağdam klubu Fransadakı matçda da rəqibinə uduzub - 1:3.

0.21019506454468