Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
“Report”un məlumatına görə, o, Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.