İngiltərə Premyer Liqasının XXI turunun “Sauthempton” – “Aston Villa” matçı stadionun üzərində pilotsuz uçan aparatın ortaya çıxması səbəbindən yarımçıq qalıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, dron birinci hissənin sonunda stadionun üzərində görünüb, bundan sonra hakim görüşü dayandırmaq qərarına gəlib və komandaları paltardəyişmə otaqlarına göndərib. 10 dəqiqədən sonra oyun yenidən başlayıb.
Görüş Sauthemptonda, “Sent-Meri” stadionunda baş tutur.