İqlim dəyişikliyini müzakirə etməyə gələnlər şəxsi təyyarələrlə iqlimə zərər vurdu - TƏZAD

 

Liderlərin iqlim dəyişikliyi, inflyasiya, ərzaq təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsi və terrorizm kimi məsələlərin müzakirə edildiyi Dünya İqtisadi Forumuna (WEF) karbon yayan təyyarələrlə gəlməsi tənqid hədəfi olub.

Demokratikmusavat.com xəbər verir ki, ətraf mühit təşkilatı “Greenpeace” Davosa gedərkən karbon yayan şəxsi təyyarələrdən istifadə edən liderləri iqlim dəyişikliyi ilə mübarizədə vicdansızlıqda və “ikiüzlülükdə” ittiham edib.

“Avropa indiyə qədər qeydə alınan ən isti yanvar ayını yaşayır. Dünyanın hər yerində insanlar ekstremal hava hadisələri ilə mübarizə aparır. Bununla belə, ən zəngin və ən güclü insanlar iqlim dəyişikliyi və qeyri-bərabərliyi müzakirə etmək üçün özəl təyyarələrlə Davosa gəldilər” - “Greenpeace”in sözçüsü Klara Maria Şenk söyləyib.

Davos Sammitində iştirak etmək üçün İsveçrəyə gələn qonaqlar təyyarələri üçün park yeri tapmaqda çətinlik çəkiblər. İsveçrə Hərbi Hava Qüvvələrinin Duebendorf bazasında bir neçə şəxsi təyyarənin yan-yana dayandığı görülüb. 

Qeyd edək ki, “Greenpeace” keçən il apardığı  araşdırma ilə sammit iştirakçılarının üstünlük verdiyi şəxsi təyyarələrin ciddi ətraf mühit çirklənməsinə səbəb olduğunu üzə çıxarıb. Belə ki, keçən il Davos üçün hava limanına enən 140 şəxsi təyyarənin yaratdığı karbon emissiyası, orta hesabla 350 min avtomobilin buraxdığı emissiyaya bərabərdir. 

Billurə

 

 

0.1848840713501