Avropa Bankı "DeFacto"dan pay aldı

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə yerləşən qlobal geyim pərakəndə satış şirkəti "DeFacto"dan 59 milyon ABŞ dolları dəyərində pay alıb.

Demokratikmusavat.com xəbər verir ki, bankın açıqlamasında investisiyanın "DeFacto"nun böyüməsinə kömək edəcəyi deyilir.

Bu əməliyyat həmçinin AYİB üçün bir ilkdir. Belə ki, "DeFacto" bankın pay sahibi olduğu ilk türk qeyri-ərzaq pərakəndə şirkətidir.

"DeFacto" investisiyadan əlilliyi olan işçilərin işə qəbulu və insan resursları siyasətini dəyişdirmək üçün istifadə edəcək. Şirkət istehsal, pərakəndə satış və ofis əməliyyatlarında 5 faizə çatmaq məqsədi ilə əlilliyi olan işçilərin payını artırmağı hədəfləyir. İnvestisiya həmçinin şirkət daxilində gender bərabərliyi təcrübələrini təşviq edəcək.

"AYİB-in Türkiyədəki prioritetlərinə türk şirkətlərinin beynəlmiləlləşdirilməsi və səhm sövdələşmələri vasitəsilə ölkənin kapital bazarlarının dərinliyinin və dayanıqlığının artırılması daxildir", - deyə açıqlamada qeyd olunub.

Könül
Demokratikmusavat.com

0.19287800788879