Bu ölkədə gəmi qəzası: 145 nəfər itkin düşdü

 

Konqo Demokratik Respublikasından Konqo Respublikasına gedən gəminin batması nəticəsində ən azı 145 nəfər itkin düşüb.

Demokratikmusavat.com “Haber Global”a istinadla xəbər verir ki, hadisə Basankusu şəhəri yaxınlığında Lulonqa çayında baş verib.

Qeyri-hökumət təşkilatı rəhbərinin verdiyi məlumata görə hələki 55 nəfəri xilas etmək mümkün olub. Həmçinin, gəmidə çoxlu heyvan və yükün olduğu bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Lulonqa çayında başqa bir gəminin batması nəticəsində 40 nəfər həlak olmuşdu.

Günay

 

0.18220114707947