"Beşiktaş" futbol üzrə Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Demokratikmusavat.com xəbər verir ki, 1/8 finalda səfərdə "Ankaragücü"nə penaltilər seriyasında uduzan "qara qartal" turnirlə vidalaşıb.
Matçın əsas 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qolları meydan sahiblərindən 12-ci dəqiqədə Ali Sou, qonaqlardan isə 77-ci dəqiqədə Cenk Tosun vurub.
Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) paytaxt təmsilçisi adını 1/4 finala yazdırıb.