Madrid klubu ulduzu ilə bağlı qərar verdi

 

"Real Madrid"in fransalı ulduzu Kərim Benzema daha bir mövsüm "Real Madrid"də qalacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "Footmercato" yayıb.  

Benzema "Real" ilə müqaviləsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. "Qızıl top"un 35 yaşlı son qalibi ilə anlaşma barədə tezliklə rəsmi açıqlama verəcək.

Kərim Benzema bu mövsüm "Real"ın heyətində bütün yarışlarda 16 oyuna çıxıb. O, bu görüşlərdə 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "kral klubu" ilə hazırki müqaviləsi 2023-cü ilin yayında qüvvədən düşəcək. 

0.13139891624451