"Mançester Siti"nin ulduzu 6 təcavüz ittihamından bəraət qazandı

 

Məhkəmə İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Benjamin Mendi ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, 8 təcavüz ilə ittiham olunan 28 yaşlı müdafiəçi bəraət alıb. Çester Kral Məhkəməsində saxlanılan fransalı futbolçu məhkəmənin qərarından sonra gözyaşlarına qərq olub. Mendi iddiaları rədd etmişdi.

6 ittihamdan günahsız olduğu qərar verilən Mendi qalan 2 iddia üçün yenidən məhkəməyə çıxacaq.

Qeyd edək ki, Benjamin Mendi 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

0.28127908706665