Britaniya Azərbaycana qoyduğu embarqonu aradan qaldırdı

 

Böyük Britaniyanın xarici işlər və beynəlxalq inkişaf departamenti və birgə ixrac administrasiyası Azərbaycanla Ermənistana qarşı silah embarqosu ilə bağlı tövsiyələrini yeniləyib.

Demokratikmusavat.com ”ın məlumatına görə, dəyişiklikdə aşağıdakılar göstərilir:

“Humanitar, sülhməramlı, tədqiqat və ya informasiya təşkilatları kimi digər son istifadəçilərə sadalanan hərbi texnika növlərinin tədarükü, hərbçilərə, polislərə və ya dövlət təhlükəsizlik qüvvələrinə qarşı açıq-aşkar təxribat riski olmadıqda, embarqonun obyekti sayılmayacaq”. 

Qeyd edək ki, 1992-ci ilin fevralında ATƏT bütün iştirakçı ölkələrdən “Dağlıq Qarabağ ərazisində döyüşən qüvvələrə bütün silah və sursatların verilməsinə” embarqo qoymağı tələb etdi.

Mürtəza
Demokratikmusavat.com

0.17010307312012