PSJ məbləği artırdı, Messi razılaşdı

 

PSJ ulduz futbolçusu Lionel Messi ilə müqaviləni yeniləmək niyyətindədir. 

Demokratikmusavat.com xəbər verir ki, Paris klubu argentinalı oyunçuya təklif etdiyi məbləği daha da artıracaq. 

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Messi tezliklə yeni sözləşməyə imza atacaq. 

Ulduz hücumçunun illik qazancının 40 milyon avroya yüksələcəyi iddia olunur. 

Xatırladaq ki, Messinin PSJ ilə hazırki müqaviləsi mövsümün sonunda başa çatır. 

0.46115112304688