“Çelsi” ilk qış transferini açıqladı

 

“Çelsi” “Monako”nun müdafiəçisi Benua Badiaşileni transfer edib.

Demokratikmusavat.com xəbər verir ki, London klubu fransızla 7,5 il müddətinə müqavilə imzaladığını açıqlayıb.

“Çelsi”yə keçməkdən çox xoşbəxtəm. Bu klubda oynamağı səbirsizliklə gözləyirəm. Azarkeşləri görmək və dünyanın ən yaxşı liqasında oynamağa başlamaq üçün səbirsizlənirəm”, - Badiaşile bildirib.

“Monako” 21 yaşlı futbolçu üçün 38 milyon avro alacaq.

Qeyd edək ki, bu mövsüm Badiaşile Liqa 1-də 11 oyuna çıxıb və 2 qol vurub.

0.30122494697571