“Qarabağ”ın hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubu ilə anlaşıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Sport-ekspress” qəzeti məlumat yayıb.
Bildirilir ki, Budapeşt təmsilçisinin çalışdırıcısı Stanislav Çerçesov Ovusunun transferində israrlıdır.
“Ferentsvaroş”un qanalı futbolçu üçün “Qarabağ”la da ortaq məxrəcə gəldiyi yazılıb.
Qeyd edək ki, Kvabena Ovusunun cari ilin yayında “Qarabağ”ıa müqaviləsi başa çatacaq. O, məhz həmin vaxt “Ferentsvaroş”a yollanacaq.