Azərbaycan infeksionist ilə söhbət

 

Payız-qış dövründə hansı viruslar üstünlük təşkil edir? Azərbaycanda donuz qripi epidemiyasını nə vaxt gözləmək olar? Koronavirus xəstələrinin sayı artmağa davam edəcəkmi?

Demokratikmusavat.com xəbər verir ki, Media.az-ın suallarını infeksionist Polina Əliyeva cavablandırıb.

- Son vaxtlar adi mövsümi qripə yoluxma halları çoxalıb. Üstəlik, xəstəliyin gedişi olduqca ağır və uzun olur...

- Bu gün adi mövsümi qrip bütün viruslar üzərində üstünlük təşkil edir. Demək olar ki, hər payız-qış mövsümündə görünür. Ancaq bu gün bir qədər mutasiyaya uğramış formada rast gəlinir. Mövsümi qrip yüksək hərarət, əzələ və baş ağrıları, bədən ağrıları, uzun sürən, quru və ağrılı öskürək ilə müşayiət olunur.

- “Omikron” da eyni simptomlara malik deyilmi?

- Bəli, amma bu mövsümi infeksiya qripin yeni mutasiyaya uğramış ştamıdır. Ancaq qarışıq salmayın - bu hələ mövsümi qripdir, COVID deyil. Koronavirus kimi ölkəmizdə yayılan qripin yeni ştammı da yuxarı və aşağı tənəffüs yollarına təsir edir. Məhz bu səbəbdən xəstələrin sağalması prosesi xeyli ləngiyir.

Onun məkrliliyi həm də iki dalğa halında keçirilməsindədir. Yəni xəstə demək olar ki, sağalmış kimi görünür. Birdən ikinci dalğa başlayır. Temperatur yenidən yüksəlir, qripin bütün ilkin simptomları yenidən görünür və müalicəyə yenidən başlamaq lazım gəlir.

- Hansı müalicəni tövsiyə edərdiniz?

- Virus əleyhinə dərmanlar qəbul etmək məsləhətdir. Amma qrip və ya soyuqdəymə olub-olmadığını dəqiq müəyyən etmək üçün qan testi aparmaq lazımdır. Mövsümi qripiniz olduğu təsdiqlənərsə, o zaman virus əleyhinə dərmanlar qəbul etməyə başlamalısınız, lakin təsirli olanlarını. Bunun üçün həkimə müraciət etmək daha yaxşıdır.

Antibiotiklər yalnız bakterial infeksiya zamanı qəbul edilməlidir. Çox vaxt bakterial infeksiya sonradan virus xəstəliyinə qoşulur, bundan sonra antibiotiklər təyin edilir.

Bakterial infeksiya mövcud xəstəliyə quşulduqda, öskürək bol və rəngli bəlğəmlə müşayiət olunur. Temperatur uzun müddət aşağı düşmür. Ümumi qan analizi sizə bakterial infeksiyanın varlığını və ya olmamasını dəqiq göstərəcək.

- Koronavirusa qayıdaq...

- O, hələ də bizimlədir və əgər fikir verirsinizsə, yoluxanların sayı artmağa başlayıb. Bu virusun populyasiyasında bu gün digər növlərlə müqayisədə nisbətən asanlıqla irəliləyən “Omikron” ştammı üstünlük təşkil edir. Bu gün bizi yalnız peyvənd qoruya bilər. Lakin “Sinovac”ın gücləndirici dozaları bizi “Omikron”dan qoruya bilmir. “Omikron”dan qoruya bilən yeganə peyvənd “Pfizer”dir.

- Həkim, son vaxtlar donuz qripinin də yayılması ilə bağlı xəbərlər var. Yeri gəlmişkən, bu xəstəlik artıq Rusiyanın bütün bölgələrində tüğyan edir.

- Düz deyirsiniz, Rusiyada donuz qripi ilə bağlı müəyyən təsdiqlənmiş faktlar var. O, 2009-cu ildə olduğu kimi, təkcə uşaqlara deyil, böyüklərə də təsir edir. Donuz qripinin bu versiyasının nə qədər aqressiv olduğunu indi söyləmək çətindir, çünki onun Rusiyada yayılmasından çox vaxt keçməyib. Lakin 2009-cu ildə uğurla istifadə edilən bir müalicə protokolunun olması arxayınçılıq yaradır.

- Onun əlamətləri hansılardır?

- A/H1N1 virusunun yaratdığı infeksiyanın simptomları praktiki olaraq qripin digər növlərindən fərqlənmir. Bunlar yüksək hərarət, baş və əzələlərdə ağrılar, quru öskürək, səs xırıltısı və bədən ağrılarıdır. Lakin donuz qripi, digər qrip növləri kimi, pnevmoniya şəklində ağırlaşmalar səbəbindən təhlükəlidır.

- Donuz qripi pandemiyası mümkündürmü?

- Xeyr, o, daha ölümcül olsa da, koronavirus kimi yüksək yoluxucu qabiliyyətə malik deyil. Ancaq hesab edirəm ki, növbəti pandemiyanı gözləmək lazım deyil.

- Ölkəmizdə laboratoriya şəraitində donuz qripi aşkarlana bilərmi?

- Bəli, istənilən laboratoriyada.

- Müxtəlif viruslardan qorunmaq istəyən və hazırda xəstə olan vətəndaşlara nə məsləhət görərdiniz?

- Xüsusilə xroniki xəstəlikləri olan insanlara ictimai nəqliyyatda maska ​​taxmağı məsləhət görərdim. Hələ də xəstəsinizsə, xəstəliyin ilk günlərində gündə üç dəfə ikiqat dozada (gündə 100-150 mq) sink və Asetilsistein (600 mq) qəbul etmək məsləhət görülür. Bu, yalnız bəlğəmlə mübarizə aparmağa kömək etmir, həm də yaxşı dezinfeksiyaedici təsir göstərir, virusun toxumalardan  çıxarılmasına yardım edir. Vitamin komplekslərinin faydalarına gəlincə, onun viruslarla mübarizədə effektivliyi sübuta yetirilməyib.

Bakterial infeksiyanın olması halında bütün digər antiviral dərmanlar və antibiotiklər xəstəliyin gedişindən asılı olaraq həkim tərəfindən təyin edilməlidir.

0.27041292190552