Ermənistanın bütün təbəqələri anlamalıdırlar ki... - Ünsal

 

Azərbaycanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı təcavüzkar Ermənistanın otuz illik işğal düşüncəsindən geri çəkilmədiyini bir daha təsdiqləyir. Terrorçu Ermənistan, onun rəhbərləri və bütün revanşist qüvvələr unutmamalıdırlar ki, “Dəmir yumruq” hər an yenidən işə düşə bilər və Türkiyə haqlı mübarizəsində bundan sonra da bütün gücü ilə Can Azərbaycanın yanında olacaq.

Demokratikmusavat.com xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib.

"Baş verənlərdən dərs almaq, nəticə çıxarmaq ağıl və dərrakəyə bağlıdır. İşğalçı Ermənistanın bütün təbəqələri anlamalıdırlar ki, türk xalqları üçün bütöv Vətən anlayışı ana torpağın bir qarışı hər zaman eyni anlam daşıyıb. Azərbaycan nəinki qiymətli yataqlarını, bir ovuc torpağını da işğalçıya, talançıya güzəştə getmək niyyətində deyil. Üzümü talançılara tutub deyirəm: Həqiqəti dərk edin! 1990-cı illər bir daha geri qayıtmayacaq. Bu gerçəyi bölgədəki Rusiya sülhməramlılarına komandanlıq edənlər də baş düşməlidirlər. Sülhməramlı qüvvə heç kəsin, xüsusilə də işğalçı və talançının tərəfini tuta bilməz. Əks halda, bunun özü də talançının cinayətinə şərik olmaq deməkdir”.

0.15179395675659