Türkiyənin qaz mərkəzinə çevrilməsi uzun müddətdir ki, gündəmində olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.
Türkiyə lideri bildirib ki, ölkəsi Türkmənistanın təbii qazının Avropaya nəqlində iştirak edə bilər.
“Türkmənistana səfərimiz zamanı Azərbaycan, Türkmənistan və Türkiyə kimi belə bir addım ata biləcəyimiz barədə danışdıq. "Niyə də olmasın?!". Bununla bağlı energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə işlərin aparılması tapşırılıb”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə hər üç ölkənin dövlət başçıları yenidən bir araya gələcək.
“Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yenidən bir araya gələcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”,- deyə Ərdoğan bildirib.
Demokratikmusavat.com