Messi Dünya Kubokunun finalını buraxacaq?

 

Leo Messi dünən baş tutan Argentina millisinin təlim-məşq toplanışında iştirak etməyib.

Offsideplus xəbər verir ki, buna 35 yaşlı hücumçunun əzələsinin dartılması səbəb olub. Zədəli futbolçu millinin düşərgəsindəki təlimi buraxıb. Buna baxmayaraq, argentinalı ulduzun DÇ-2022-nin finalında Fransaya qarşı matçda iştirakı gözlənilir.

Qeyd edək ki, Fransa - Argentina matçı dekabrın 18-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0.18406510353088