Sənli xatirələrim
Vərəqlənir bu gecə.
Məhəbbət məktubları
Vərəqlənir gizlicə, -
Xatirələr yarpaq-yarpaq.
Xatirədi bu payız,
Xatirədi bu rüzgar.
Xatirədi bu yağış.
Bu dünyada ayrılıq var,
Ayrılıq qara qarğış-
Xatirələr yarpaq-yarpaq.
Bir gün məni öz qoynuna
Alanda qara torpaq,
Sənə əmanət qalar
Xatirələr yarpaq-yarpaq.
Vərəqlənir bu gecə
Sənlə keçən hər anım.
Xatirələrdə qaldı
Göz yaşim, həyəcanım.
Xatirələr yaxın-uzaq,
Xatirələr yarpaq-yarpaq.
Adil Şirin
Demokratikmusavat.com